08 iyul 2019 20:17
280

Bazar ertəsi sindromu

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bəs bazar ertəsi depressiyasını azaltmaq üçün nələr edə bilərik?

Daha çox yatın

İnsanlar həftə içi normal yatsalar da, həftə sonu normal yuxu yatmırlar. Həftə sonları yuxu probleminiz ertəsi gün stresli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftə sonu da yuxunuzu sabitləyin.

Daha az televizor izləyin

Çox televizor izləmək məhsuldarlığı azaldır. İnsanlar çox vaxt yorğun olduqları zaman televizora baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur.

Həftə içi planlar qurun

İnsanlar tətil günlərini, həftə sonlarını dostları ilə keçirməyi üstün tuturlar. Buna görə bir çox işlər, həll edilməyən problemlər üst-üstə yığılır və həftə sonuna qalır. Bu qədər işləri, problemləri yalnız 2 gün ərzində həll etməyə çalışmaq yeni həftəyə yorğun, gərgin başlamağınıza səbəb olacaq. Bunun üçün dostlarınızla görüşə həftə içi vaxt ayırın.

Tələsməyin

Hər məsələdə tələsik davranmaq stresli olmağınıza və bütün günü özünüzü pis hiss etməyinizə səbəb olacaq. Gün ərzində görməli olacağınız işlərə lazımi vaxt ayırın.

Xəbərləri izləməyin

Səhər-səhər cinayət xəbərləri, pis xəbərlər izləmək əhvalınıza pis təsir edə bilər. Əgər həssas birisinizsə, pis xəbərlər sizə mənfi təsir göstərə bilər.

Dəyərləndirmək üçün vaxt ayırın

Özünüzə vaxt ayırmalı və hansı məsələdə yaxşı hiss edirsinizsə, onu qərarlaşdırıb, ona uyğun hərəkət etməlisiniz.

R.Bədəlova, “İki sahil”