17 yanvar 2020 19:41
1241

Bayraqlar necə yaranıb...

Qədim zamanlardan bu yana müstəqil dövlətlər azadlıqlarını sübut etmək üçün bəzi simvollar tapmağa başlamış, bunlardan ən vacibi isə bayraq hesab olunmuşdur. Dövlət bayraqları haqqında maraqlı məlumatları təqdim edirik.

İlk öncə qeyd etmək istəyirik ki, bayraqları öyrənən insana veksilloloq deyilir. Tarixdə Graham Bartram (Baş Veksilloloq və Bayraq İnstitutunun əməkdaşı), Qreys Rogers Cooper, professor Scot Guenter, Louis Mühlemann və sair kimi bir çox görkəmli veksilloloqlar var.

Bayraqların ilk zamanlar hərbi koordinasiyaya kömək məqsədi ilə döyüş bölgələrində istifadə olunduğu düşünülür. O zamanlar rabitə üçün piyada və ya atla mesaj göndərməkdən daha sürətli sayılacaq vizual vasitənin istifadəsi daha məqsədəuyğun idi. Gəmilərdə bir-birlərinə siqnal vermək, tez-tez ətraflı mesajlar ötürmək üçün əlvan naxışlı bayraqlardan istifadə olunurdu. Bu təcrübə “Semaphore” adlanır.

Bayraqlar bir cəmiyyətə, təşkilata və ya millətə mənsub olduğumuzu və müəyyən inanc, məqsəd, qanunları bölüşdüyümüzü göstərir. Bayraqlar  etiketdir və hər bir ölkənin öz milli bayrağı olması vacib sayılır və onlar daim milli qüruru göstərmək üçün dalğalanır. Bayraqlar bəzən idman tədbirlərində iştirak zamanı oyunçulara  dəstək nümayiş etdirmək üçün istifadə olunur.

Azərbaycan bayrağı mavi səma rəngindən, qırmızı və yaşıl üfüqi zolaqlardan, qırmızı zəmində ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir. Göy rəng türklüyü, yaşıl rəng İslamı, qırmızı rəng sivilizasiyanı təmsil edir.

Dünyada bir-birinə bənzəyən və ya bütünlükdə eyni görünüşə malik olan bəzi bayraqlar var. Məsələn, Rumıniya və Çad bayraqları demək olar ki, eynidır. İrlandiya və Kot d’İvuar bayraqları eyni rəngdədir, lakin zolaqlar tərs çevrilmişdir. Geri çevirsəniz, Polşa bayrağı İndoneziya bayrağı ilə tamamilə eynidir, həmçinin Hollandiya və Lüksemburqun üçrəngli bayrağında eyni rənglər olmasına baxmayaraq, yeganə fərq Hollandiya bayrağındakı mavi rəngin daha tünd olmasıdır.

Amerika Birləşmiş Ştatlarının dövlət bayrağının isə maraqlı bir açıqlaması var. Belə ki, bayraqdakı hər bir zolaq on üç orijinal koloniyanın hər birinə aiddir. Bayraqdakı hər bir ulduz isə ABŞ-dakı  ştatları təmsil edir. Buna görə Amerika bayrağı, birliyə daxil olan hər yeni dövlətin yaranmasından sonra dəyişikliyə (və yenidən ola bilər)məruz qalmışdır.

Həmçinin bayraqlarda fərqli mənaları olan bir sıra təkrarlanan simvollar var. Məsələn, bayraqlardakı Günəş ümumiyyətlə, birlik və enerjini simvollaşdırır; Ay ilahiliyi (xüsusən İslamda) və onu Günəşdən ayırmağı simvolizə edir; ulduzlar gecə səmasının fonuna qoyulanda enerjini təmsil edirlər; xaç kompasın fərqli istiqamətlərini əks etdirən simvol olmasına baxmayaraq, bu yaxınlarda dini simvol kimi anlaşılmağa başlamışdır. Üçbucaq isə xristianlıqda Müqəddəs Üçlüyü (Ata, Oğul və Müqəddəs Ruh) təmsil edir.

Samirə İsmayılova, “İki sahil”