06 iyun 2020 21:40
613

“Bayer” - “Bavariya” oyununda altı qol vurulub

İyunun 6-da Almaniya Bundesliqasının 30-cu turunun oyunlarına start verilib. “İki sahil” xəbər verir ki, çempionatın lideri “Bavariya” səfərdə Leverkuzenin "Bayer” komandasının qonağı olub. Görüş Münxen təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın heyətində Kinqsli Koman, Leon Qoretska, Serj Qnabri və Robert Levandovski, meydan sahiblərində isə Lukas Alario və Florian Virtz fərqləniblər. Turun digər oyunlarında “Ayntraxt” öz meydanında “Maynz”a 2:0 hesabı ilə məğlub olub, “Fortuna” - “Hoffenhaym” (2:2), “Leyptsiq” - “Padenborq” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.