15 avqust 2020 00:51
720

"Bavariya" "Barselona"nı darmadağın edib

Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 3-cü yarımfinalçı bəlli olub.

Mərhələnin ən böyük maraq doğuran qarşılaşmasında "Barselona" ilə "Bavariya" üz-üzə gəlib. Erkən finalda gərgin mübarizə gözlənilsə də, Bundesliqa çempionu rəqibini topa tutub. Turnirin əsas favoriti sayılan Münhen təmsilçisi katalonların 2 topuna 8 qolla cavab verib.

"Barselona"nı tarixi hesabla darmadağın edən "Bavariya" adını yarımfinala yazdırıb. Hans-Diter Flikin yetirmələri final yolunda avqustun 15-də keçiriləcək "Mançester Siti" - "Lion" oyununun qalibi ilə görüşəcək.

Çempionlar Liqası
1/4 final
14 avqust
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 2:8
Alaba, 7 (avtoqol), Suares, 57 - Müller, 4, 31, Perişiç, 22, Qnabri, 28, Kimmix, 63, Levandovski, 82, Koutinyo, 85, 89