26 may 2019 12:12
209

"Bavariya" Almaniya kubokunun qalibi olub

Mayın 25-də Almaniya kubokunun final qarşılaşması keçirilib.

Final oyununda “Bavariya” və "Leyptsiq" komandaları ilə üz-üzə gəlib.

"Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada Münhen təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.

Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.

Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. “Bavariya” bu mövsüm ölkə çempionluğunu da qazanıb.