13 iyun 2019 10:17
371

“Başakşəhər”in yeni baş məşqçisi müəyyənləşib

İstanbulun “Başakşəhər” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bu posta 45 yaşlı türkiyəli mütəxəssis Okan Buruk təyin edilib. Türkiyəli mütəxəssis sabiq baş məşqçi Abdullah Avcını əvəzləyib. Okan Burukla “Başakşəhər”in rəhbəri Göksel Gümüşdağ 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, O.Buruk ötən mövsüm "Çaykur Rizəspor"u çalışdırıb.