14 iyul 2020 10:18
669

"Başakşəhər" və "Trabzonspor" səfərdə uduzublar

İyulun 13-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında "Başakşəhər" səfərdə "Konyaspor"un qonağı olub.

Maraqlı keçən qarşılaşmada meydan sahibləri istanbulluları 4:3 hesabı ilə məğlub ediblər.

Günün digər görüşündə isə turnir cədvəlində ikinci pillədə qərarlaşan "Trabzonspor" səfərdə "Dənizlispor"a minimal fərqlə uduzub -2:1. "Yeni Malatyaspor" isə doğma divarlar arasında "Beşiktaş"la bacarmayıb 0:1. "Kasımpaşa" isə öz meydanında "Rizəspor"u sınağa çəkib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. "Kayserispor" – "Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib -1:1.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 57 xalla üçüncü, "Beşiktaş" klubu isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (52 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir.