14 avqust 2019 12:51
97

Baş hidroloq: "Avqustun 17-dən temperatur yüksələcək"

“Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq”. 

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustda mülayim küləkli hava şəraiti gözlənilir: “Bu ay cənub, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ayın 15-i, 16-sı 30-35 dərəcə, 17-də isə 31-36 dərəcə arasında dəyişəcək”.

Baş hidroloq qeyd edib ki, avqustun 17-dən başlayaraq  temperatur tədricən yüksələcək: “Avqustda kəskin istilər gözlənilmir. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.

A.Verdiyev bildirib ki, arada küləkli hava şəraiti müşahidə olunsa da, güclü külək gözlənilmir.