06 noyabr 2019 20:44
152

“Barselona”nın müdafiəçisi Jordi Alba zədələnib

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jordi Alba zədələnib.

AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının 4-cü turunda “Slaviya Praqa” ilə oyunda (0:0) zədələnərək 46-cı dəqiqədə əvəzlənib. Alba bir aya yaxın meydandan uzaq qalacaq. Tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə Kataloniya təmsilçisinin heyətində keçirdiyi 6 oyuna 1 qol vurub.