11 yanvar 2019 11:24
775

"Barselona"dan ŞOK MƏĞLUBİYYƏT

Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan "Barselona" səfərdə "Levante"yə 1:2 hesabı ilə məğlub olub.

Hesabı 4-cü dəqiqədə ev sahiblərinin uruqvaylı müdafiəçisi Erik Kabako açıb.

Birinci hissənin ortalarında Borxa Mayoral Valensiya komandasının üstünlüyünü artırıb – 2:0. Qonaqlar matçın sonlarında Filippe Koutinyonun penaltidən vurduğu qol sayəsidə hesabdakı fərqi azaldıblar.

Komandalar arasında cavab qarşılaşması yanvarın 17-də keçiriləcək.

"Barselona" turnirin hazırkı qalibidir. Onlar ötən il finalda "Sevilya"nı 5:0 hesabı ilə darmadağın ediblər.