23 aprel 2019 18:03
241

“Barselona” Vidalla yeni müqavilə imzalayacaq

İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçi Arturo Vidalla yeni müqavilə imzalayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 31 yaşlı çilili yarımmüdafiəçi ilə müqaviləni uzatmaq niyyətindədir. Futbolçu yeni müqaviləyə əsasən, 2022-ci ilin yayınadək “Barselona”nın formasını geyinəcək.

Qeyd edək ki, Arturo Vidal 2018-ci ildə Almaniyanın “Bavariya” klubundan “Barselona”ya transfer olunub. O, cari mövsümdə Barselona təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 2 dəfə fərqlənməyi bacarıb.