18 avqust 2019 16:03
144

Balotelli İtaliya klubu ilə müqavilə imzaladı

"Brescia" tanınmış futbolçu Mario Balotellini transfer edib.

Goal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İtaliya təmsilçisi ilə birillik müqavilə imzalayıb.

Bildirilib ki, forvard bonuslarla birlikdə 1.5 milyon avro qazanacaq. Onun sözləşməsi daha bir il uzadıla bilər.

Qeyd edək ki, Mario Balotelli karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpool" və "Manchester City" kimi klubların formasını geyinib. Son olaraq Fransa "Marseille"ində çıxış edən forvard bu ölkədə "Nice"nin da şərəfini qoruyub. Balotelli müxtəlif vaxtlarda İtaliya millisinin də formasını geyinib. Brescia bu mövsüm A Seriyasında mübarizə aparacaq.