16 may 2019 11:01
180

Bala Bəhmənlidə yanğın

Füzuli rayonunda mağaza yanıb.

“İki sahil” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonunun Bala Bəhmənli kəndində qeydə alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 165 m² olan birmərtəbəli tikilinin içərisində 2 ədəd soyuducu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.