11 yanvar 2019 15:35
293

Bakının mərkəzində su olmayacaq

Səbail və Nəsimi rayonlarının bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 11-də Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.