14 fevral 2020 11:23
389

Bakının əsas yollarında sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar Bakının əsas yollarında sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyinin verdiyi xəbərə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir", - deyə BNA-dan bildirilib.