05 noyabr 2019 14:43
234

Bakıda hind filmi çəkildi - VİDEO

Hindistanın “Vishal Movies” film və “Muzik247” musiqi şirkətinin istehsalı ilə Azərbaycanda, İçərişəhərdə “Action” adlı döyüş filmi çəkilib.

Filmin treyleri you tube-da yerləşdirilib. Məlum olub ki, filmin bəzi hissələri Türkiyədə lentə alınıb. İçərişəhər və Bakının digər ərazilərində çəkilən kadrlarda şəhərin möhtəşəm və tarixi mənzərələri təsvir olunub.

Rejissorluğunu Vinayagar Sundar Vel, prodüserliyini isə R.Ravindranın etdiyi filmin noyabrın 15-də yayımlanması planlaşdırılır.