11 yanvar 2019 11:09
599

Bakıda daha bir möhtəşəm festival

11-13 yanvar 2019-cu il tarixində çoxdan gözlənilən tədbir “Baku Coffee & Tea Festival” baş tutacaq. Bu üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcəklər. Festivalın keçirilməsində əsas məqsədi isə çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kollegiya tərəfindən seçilərək Azərbaycanı 2019-cu ilin aprel ayında ABŞ-da keçiriləcək “World Barista Championship” (Klassik Barista Çempionatı) təmsil edəcək.

Bəs festivalda nələrin şahidi olacağıq?:

- Qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin sərgisi, aksesuarlar və avadanlıqlar.

- Aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri

- Qonaqlar üçün istirahət yeri.

- Uşaqlar üçün əyləncə məkanı.

- Xüsusi qida zonası.

Tədbirdə qonaq qismində iştirak etmək istəyənlər üçün giriş ödənişsiz olacaq. Festival Nigar Rəfibəyli küçəsi 12/14 ünvanında yerləşən restoranda keçiriləcək.

Yaqut Ağaşahqızı, “İki sahil”