24 may 2019 17:25
579

Bakıda Azərbaycan və Belarus arasında işçi görüşü keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev ölkəmizdə səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.