12 sentyabr 2019 14:37
99

Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.