12 fevral 2019 13:35
562

Bakı MDB-nin beş ən romantik şəhərlər sırasında yer alıb

Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “TurStat” analitik agentliyinin tərtib etdiyi reytinq siyahısında göstərilib.

Reytinqdə ilk beşliyə Bakı ilə yanaşı, Tbilisi, Astana, Minsk və Kişinyov da daxil olub.

Siyahıda Almatı və Bişkek şəhərləri də yer alıb.

Qeyd edək ki, şəhərlərin reytinqi rusiyalı turistlərin iştirak etdiyi internet sorğusu əsasında tərtib olunub.