22 iyul 2019 13:39
228

Bakı Limanından 20 minədək sərnişin daşınıb

Yanvar-iyun aylarında Bakı Limanından 20 minədək sərnişin daşınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, altı ayda Bakı Limanının sərnişin daşınmasında hər iki istiqamətdə keçən ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artım qeydə alınıb və 19 min 984 nəfər təşkil edib.

Ümumi yükaşırmanın həcmi isə ötən ilin eyni dövrünə (1 milyon 960,4 min ton) nisbətdə 1,1 faiz artaraq 1 milyon 981,3 min ton olub. Yükaşırmanın 85,4 faizi (1 milyon 692,4 min ton) tranzit yükaşırmanın payına düşüb.