13 may 2019 18:53
332

Bakı finalını idarə edəcək hakimlər açıqlandı

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçını idarə edəcək hakimlər müəyyənləşib

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-də Bakıda keçiriləcək final matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Mayın 29-da “Arsenal” – “Çelsi” görüşünün idarə olunması Canluka Rokkiyə tapşırılıb. Ona Fillipo Meli və Lorenzo Manqanelli kömək edəcəklər. Dördüncü hakim funsiyasını Daniel Orsato yerinə yetirəcək.

Final görüşündə videonəzarət sistemində (VAR) çalışacaq heyətin rəhbəri Massimiliano İrrati olacaq. Ona Marko Quida, Şimon Marçiniak və Pavel Sokolnitski kömək edəcəklər.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.