14 fevral 2020 11:26
477

Bakı Avropanın ən romantik şəhərləri reytinqində - SİYAHI

Rusiyanın "TourStat" səyahət portalı Avropanın ən romantik şəhərləri reytinqini tərtib edib. Siyahıda sevən cütlüklər arasında və romantik həftəsonu gəzintiləri üçün populyar olan şəhərlər yer alıb.

"APA-Economics"in "TurStat"a istinadən verdiyi məlumata görə, romantik turlar və səyahətlər bazarı ildə 5 milyondan çox səyahəti əhatə edir.

Reytinq 5 mindən çox "TurStat" istifadəçiləri arasında aparılmış sorğu nəticəsində tərtib olub.

Avropanın ən romantik şəhərləri siyahısının ilk beşliyinə Sankt-Peterburq (23%), Paris (23%), Minsk (8%), Kalininqrad (8%) və Praqa (7%) daxil olub. Daha sonra Yekaterinburq (5%), Amsterdam (5%), Bakı (5%) və Tallin (3%) kimi şəhərlər gəlir.