Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 13:20
506

“Azərişıq” Rus Borisi kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC Goranboy Elektrik Şəbəkəsinin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə başlayıb.

ASC-dən "İki sahil"ə bildirilib ki, ilk dəfə 1949-cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və sair mal-material göndərilib.

Rus Borisi kəndi 2004–cü ildə quraşdırılan 35/10 kilovoltluq Gülüstan yarımstansiyasından qidalanır.