24 yanvar 2020 15:46
2501

“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirib

“Azəriqaz”ın rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 24-də “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşlarla görüşüb.

“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev Xaçmaz Regional Qaz İstismarı İdarəsinin inzibati binasında rayon sakinlərinin müraciətlərini dinləyib. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Eyni vaxtda “Azəriqaz” İB-nin baş direktorunun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov müvafiq olaraq Siyəzən və Xızı rayonlarında vətəndaşların müraciətlərini dinləyiblər.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xaçmaz rayonunda qazlaşdırma səviyyəsi 93,8 faiz, Siyəzən rayonunda 94,1 faiz, Xızı rayonunda isə 95,7 faiz təşkil edir.