Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 13:18
584

“Azəriqaz”ın 2 milyon 300 mininci abonenti qeydə alınıb

“Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 mininci abonenti qeydə alınıb.

Birlikdən "İki sahil"ə bildirilib ki, o, Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan İsifova Sevda Ramazan qızıdır. Hazırda rayonda yerləşən bağçada müəllimə kimi çalışan Sevda xanım sentyabr ayının sonlarına aparılan hesabatlarda 2 milyon 300 mininci abonent kimi qeydiyyata düşüb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin təşəbbüsü ilə abonentə təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub.

S.İsifova belə bir həssas dönəmdə ona diqqət göstərdiklərinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə minnətdarlığını bildirib. Arzu olunub ki, növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda təqdim edilsin.