07 iyul 2020 17:37
1158

“Azəriqaz” rəsmiləri  "Caspian European Club"un onlayn tədbirində iştirak ediblər

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da iştirakı ilə "Caspian European Club" tərəfindən onlayn formatda daha bir tədbir keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, tədbirdə pandemiya dövründə vəkillərin fəaliyyəti, məhkəmə sistemindəki islahatlar, şirkətlərin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və sahibkarlara hüquqi xidmətlərin göstərilməsinin yeni üsulları müzakirə olunub.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov və Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov iştirak ediblər. //Report