16 oktyabr 2019 10:37
249

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Oktyabrın 16-da saat 10:00-dan planlaşdırılan diametri 530 millimetr olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsinin diametri 500 millimetr olan polietilen kəmərlə əvəz olunması işləri texniki səbəblərdən təxirə salınıb. Ona görə də, Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci Sovxoz yaşayış massivində qaz təchizatında hər hansı dayandırma olmayacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.