Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
09 iyul 2020 12:05
976

«Azəriqaz» İB-də müştəri məmnuniyyəti əsas priortetdir - VİDEO

Bu gün hər bir abonentin məmnunluğu və onların təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təminatı «Azəriqaz» İB-nin əsas məqsədidir. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir.

Digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq «Azəriqaz» İB-nin rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunması idi. Pandemiya dövründən əvvəl bu istiqamətdə «Azəriqaz» İB-nin baş direktoru Ruslan Əliyev həm ötən il, həm də 2020-ci ildə bir xeyli görüşlər keçirib. Təbii ki, bu görüşlər inzibati- bürokratik amillərin geridə buraxılmasına, vətəndaşlarla canlı ünsiyyətə-onların problemlərinin həllinə operativ yanaşmasına ciddi kömək etdi.

Pandemiya dövründə isə abonentlərin problemlərinin həllinə daha ciddi şəkildə və səmərəli qaydada yanaşıldı. Belə ki, hər bir abonentin şikayət və iradları, təklif və təşəbbüsləri İB-nin peşəkar əməkdaşları tərəfindən vaxtında dəyərləndirilib və həllinə nail olunub. «Azəriqaz» İB-nin rəhbərliyinin göstərişi ilə nəinki Birliyə rəsmi şəkildə müraciət edənlərin, hətta mətbuatda, sosial şəbəkələrdə abonentlərin təbii qaz təchizatı ilə bağlı problemləri aşkar olduqda onların yerində və dərhal həlli reallaşıb.   

Burada çox önəmli məsələ isə abonentlərin problemlərinin həllinə İB-nin rəhbərliyinin şəxsən nəzarət etməsi və vətəndaşlarla rəftarın səmimi, qarşılıqlı hörmət səviyyəsində həyata keçirilməsini tövsiyə etməsidir. Ən başlıcası isə davamlı olaraq abonentlərin videoformatda qəbul edilməsi, onların problemlərinə və təşəbbüslərinə  dərhal reaksiya verilməsidir. Belə qəbullarda abonentlərin problemlərinin operativ həlli bir daha göstərir ki, SOCAR-ın bu qurumu muştəri məmnuniyyəti qazanmaqda davam edir.

Ruslan Əliyevin sözlərinə görə, bütün bu yeniliklər və uğurlu işlər  Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur.  Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşmanın sürətlənməsi və qısa müddətdə bütün ölkə üzrə başa çatması  Azərbaycan dövlətinin və onun rəhbəri cənab İlham Əliyevin öz vətəndaşına sosial dəstəyidir.

Elçin Zaman, «İki sahil»