17 iyul 2019 17:01
448

“Azəriqaz”: 350-dək qaz sayğacı yenilənib

“Azəriqaz” İstehsalat Birliyi 350-dək qaz sayğacını yenisi ilə əvəzləyib.

Birlikdən bildirilib ki, Şəmkir Regional Qaz İstismarı İdarəsi üzrə 202 sayğaca baxış keçirilib, 138 sayğac yenisi ilə əvəzlənib. Tərtər Regional Qaz İstismarı İdarəsi üzrə ötən gündə 181 sayğaca baxış keçirilib və onlardan 48-i yenisi ilə əvəz olunub. Salyan Regional Qaz İstismarı İdarəsi üzrə 58 sayğac yenisi ilə əvəzlənib. Bunlardan 20-si istismar müddəti bitdiyi üçün yenilənib. Sumqayıt Qaz İstismarı İdarəsi üzrə isə 104 sayğac yenisi ilə əvəzlənib.