22 may 2020 10:34
741

Azərbaycanlı top modelin yaxta sərgüzəştləri

“Miss Millennium Azerbaijan” titulunun sahibi Validə Abbasova açıq-saçıq görüntüsü ilə diqqətləri üzərinə cəmləyib.

"İki sahil" xəbər verir ki, qızı Kamilla ilə birgə İsveçrənin Cenevrə şəhərində yaşayan cazibədar model koronavirusun təhlükə saçdığı günlərdə yaxta gəzintisinə çıxıb.  Seksual çimərlik geyimində dənizə girən Validə yaxtanın arxa hissəsində uzanaraq günəşlənib.  

Fit və ideal bədən quruluşu ilə əks cins nümayəndələrinin diqqətini üzərinə çəkən V.Abbasova istirahətdən olan görüntülərini lentə alaraq 47,5 min “Instagram” hesabında “Karantindən sonra ilk günəş vannası. Özümü saxlaya bilmədim” başlığı ilə bölüşüb.  

İzləyicilər top model V.Abbasovanı müsbət rəyləri ilə təriflərə qərq ediblər.