17 iyul 2019 10:13
238

Azərbaycanlı pianoçuların ifası rəğbətlə qarşılanıb

İsveçrənin Val-de-Traver kantonunun Kuve (Couvet) qəsəbəsində keçirilən Beynəlxalq piano müsabiqəsinə azərbaycanlı gənc ifaçılar Rüstəm Zeynalov və Leyla Kazımova da qatılıblar.

Müsabiqə cərcivəsində qəsəbənin “Temple de Couvet” kilsəsində gənc pianoçularımızın konserti təşkil olunub.

"Azərbaycanın dostları" birliyinin təşkilati dəstəyilə baş tutan konsertdə yerli ictimaiyyət nümayəndələri və İsveçrədəki Səfirliyimizin əməkdaşları iştirak ediblər. Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edən istedadlı soydaşlarımızın çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Moskvanın Caykovski adina Dövlət Konservatoriyasinın aspirantı Rüstəm Zeynalov və Mədəniyyət və İncəsənət İnstitutunun tələbəsi Leyla Kazimova beynəlxalq müsabiqələr laureatıdırlar. Onlar Rusiya və Avropa dövlətlərində Azərbaycanın musiqi mədəniyyətini uğurla təmsil və təbliğ edirlər.