11 iyun 2019 10:29
139

Azərbaycanlı alim beynəlxalq festivalda iştirak edib

“QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB-nin sədrinin birinci müavini, İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov Rusiya Federasiyasının Moskva şəhərində keçirilən XIX Multimuzey Beynəlxalq Festivalının plenar açılış tədbirində iştirak edib.

Festivalın əsas məqsədi muzeylərlə əlaqəli mütəxəssislər arasında dialoq qurmaq və gələcək əməkdaşlıqlara zəmin yaratmaqdır. Pərvin Gözəlov tədbirdə iştirak edən xarici dövlətlərin muzey mütəxəssisləri və tarixçi-alimlərlə fikir mübadiləsi, təcrübə və elmi tədqiqatlar mövzuları ətrafında müzakirələr aparıb.