Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 sentyabr 2020 16:48
263

Azərbaycanın tolerant ölkə olmasında heç bir şübhə yoxdur

Azərbaycanın tolerant ölkə olmasında heç bir şübhə yoxdur.

Bunu Trend-ə İsrailin Tirat-Karmel şəhərinin meri Arye Tal deyib.

Azərbaycana bir müddət əvvəl baş tutmuş səfərini xatırlayan mer yerli sakinlərin qonaqpərvərliyini qeyd edib:

“Azərbaycan sakinləri mehribanlığa inanan, sizi doğma evinizdə hiss etdirəcək qədər səmimi qəbul edən insanlardır”.

A.Tal bildirib ki, bu, Azərbaycanın tolerantlıq siyasətinin nəticəsidir:

“Bu ölkə ən tolerant ölkələrdəndir və burada insanların sizi salamlaması, sizə xoş münasibəti bunu təsdiq edir. Bu xüsusiyyəti bir çox ölkədə tapmaq mümkün deyil. Demək olar ki, Azərbaycan ən yaxşı yerlərdən biridir. Burada insanlar yeni fikirlərə, bir çox ölkənin vətəndaşları ilə yaxşı münasibətlərin qurulmasına açıqdır”.