28 oktyabr 2019 17:57
273

Azərbaycanı vəsf edən yeni mahnı bəstələnib - VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə bəstələnmiş “Mənim Azərbaycanım” mahnısı bu günlərdə təqdim edilib. Sözləri şair Zaur Cəfərov, musiqisi isə müğənni və bəstəkar, ölkəmizi “Qolos Ukrainı” layihəsində təmsil edən Cavid Məmmədova aid olan mahnını “Səs” layihəsinin iştirakçısı Emil Qədirov ifa edib.

AZƏRTAC xəbər verir ki, mahnı Azərbaycan və rus dillərində ifa olunur. Onun ərsəyə gəlməsinə Rusiyanın Azərbaycanlı Gəncləri Birliyi və “Baku Media Center” dəstək göstəriblər. 

Qeyd edək ki, mahnının sözlərinin müəllifi Zaur Cəfərov 2015-ci ildə Rusiyanın “Poetik qardaşlıq” klubunun himayəsi ilə keçirilən beynəlxalq poeziya müsabiqəsinin ilk üç liderindən biri olub.