Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 sentyabr 2020 17:35
254

Azərbaycanda yük avtomobilindən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Siyəzən rayonunda ağırtonnajlı yük avtomobilinin ötmə əməliyyatının qadağan edildiyi yerdə təhlükəli manevr etməsinin görüntüləri yayılıb.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Siyəzən rayonu ərazisində brolyer şirkətinə məxsus olan TIR düz xəttin tələbinə məhəl qoymayaraq ötmə əməliyyatı edib və qarşıdan hərəkət edən 2 minik avtomobili ilə 1 yük maşınını keçib.

Qeyd edək ki, hadisə vaxtı mişar daşı aparan "KamAZ"ın sürətinin aşağı olması ərazidə 4-5 maşınlıq sıxlıq yaranıb. Bununla belə yolun ortasından çəkilmiş düz xətt burada ötməni qadağan edir.