18 may 2019 17:17
581

Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub

Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.

Məlumata görə, doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.

Qeyd edək ki, körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulmuşdur.