Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 may 2020 11:36
1521

Azərbaycanda ildə 80 mln. manata qənaət oluna bilər - VİDEO

2015-2019-cu illər ərzində SOCAR-ın CNG mühərrik yanacağının istehsalı və satışı 62,6 mln. kubmetr olub.

“Report” xəbər verir ki, bu barədə “SOCAR Petroleum” QSC-nin məlumatında qeyd edilib.

Bildirilib ki, beləliklə, CNG-nin alıcıları 22 mln. manat qənaət ediblər.

“2015-ci ildən Azərbaycanda innovativ CNG mühərrik yanacağının istifadəsi genişlənir. Hazırda CNG mühərrik yanacağı ən təmiz, səmərəli və təhlükəsiz yanacaqdır. CNG mühərrik yanacağının istifadəsi nəqliyyatda istixana və zəhərli qazların emissiyasını azaldır. Ölkənin atmosferinə istixana qazlarının həcmi isə 30 min ton azalıb. Bu miqdar 500 min ağacın istehlakını əvəz edir. Benzin yanacağının 10%-i CNG yanacağı ilə əvəz olunarsa, bir il ərzində istixana qazlarının emissiyası təxmini 100 min ton azalmış olacaq. Alıcıların qənaəti isə 80 mln. manat təşkil edə bilər”, - məlumatda bildirilib.