05 yanvar 2020 18:28
1288

Azərbaycanda iki xəbər saytı bağlandı

Azərbaycanda “aznews.az”“novosti.az” xəbər saytlarının fəaliyyəti dayandırılıb.

Sözügedən saytların xəbər lentində yanvarın 1-dən etibarən heç bir yenilənmə baş verməyib. Bildirilir ki, saytlara ayrılan maliyyə rəhbərlik tərəfindən dayandırılıb. Artıq kollektivə bununla bağlı qərar açıqlanıb və digər media orqanlarında özlərinə iş tapmaları tövsiyə olunub.

Qeyd edək ki, bağlanan hər iki sayt Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətində olub. Əli Həsənov Prezident İlham Əliyevin noyabrın 29-da verdiyi sərəncamla Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib. //Axşam.az