09 iyul 2020 19:35
641

Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər isə vəfat edib.