14 avqust 2019 19:10
204

Azərbaycan təbii qaz ixracını artırıb

Yeddi ayda Azərbaycandan 6 milyard 709 milyon 659 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvar-iyul aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 262 milyon 496 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 4 milyard 49 milyon 654 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 749 milyon 713 min dollar olmuşdu.