23 iyul 2020 12:20
1080

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.