21 mart 2020 13:32
801

Azərbaycan şahmatçılarının da qatılacağı Açıq Avropa çempionatının vaxtı dəyişdirilib

Dünyada geniş yayılmaqda olan koronavirus infeksiyası səbəbindən Sloveniyada keçiriləcək şahmat üzrə açıq Avropa çempionatının vaxtı dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarının da iştirak edəcəkləri turnir bu ilin dekabrında baş tutacaq. Sloveniya Şahmat Federasiyası və Avropa Şahmat İttifaqı qitə turnirinin dekabrın 8-dən 25-dək keçirmək barədə qərar qəbul ediblər.