16 mart 2019 18:38
554

Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı dövlətimizin başçısının növbəti böyük humanist addımının göstəricisidir. Bu humanist addım yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi.

Bunu Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli AZƏRTAC-a açıqlamasında deyib.

D.Rəhimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq Novruz bayramı ərəfəsində növbəti Əfv Sərəncamı imzaladı. Bu Sərəncam müxtəlif müddətlərə məhkum edilən 431 şəxsə, o cümlədən qadınlara və əlilliyi olan şəxslərə də şamil edildi. Ölkə həyatında mühüm hadisə olan Əfv Sərəncamının imzalanması bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizm prinsiplərini, vətəndaşlara yüksək qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır.