16 may 2019 14:09
117

Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqinin nümunəsidir

Azərbaycan ödəniş həllərinin səmərəli tətbiqi, texnologiyaların inkişafı və innovasiyaların tətbiqinin nümunəsidir.

Bunu “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa üzrə baş direktoru Kristina Doroş “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O bildirib ki, Azərbaycanda təmassız ödənişlər kimi “Visa”nın innovativ həlli 2014-cü ildə tətbiq olunub. K.Doroş nağdsız ödənişlərin inkişafı üçün hökumətin dəstəyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən genişmiqyaslı islahatlar nəticə verməyə başlayıb:

“Visa” tərəfdaşları ilə birgə yeni texnologiyaları inkişaf etdirməyə və onları Azərbaycanda tətbiq etməyə kömək edəcək”.