11 fevral 2019 19:51
279

Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu FOTO

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. 

Bu posta xorvatyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.