19 mart 2019 17:03
271

Azərbaycan millisi Xorvatiya ilə oyun üçün Zaqrebə yollanıb

Futbol üzrə Azərbaycan milli komandası Xorvatiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün Zaqrebə yollanıb.

"Report"un məlumatına görə, səfərdə yığma üzvləri ilə yanaşı, AFFA İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov, İsgəndər Cavadov, eləcə də "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev yer alıb.

Nümayəndə heyətinə isə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyevrəhbərlik edir. Yığma üzvləri qarşılaşma öncəsi səfərə xal üçün yollandıqlarını bildiriblər.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə 22:00-da baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı nəzərdə tutulub. Xorvatiya-Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.