09 avqust 2019 19:45
294

Azərbaycan gənci dövlətini, Vətənini, Xəzər dənizini sevir

“Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bir çox tədbirlər və silsilə aksiyalar həyata keçirir. Təbii ki, “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilən kütləvi təmizlik aksiyası da həmin tədbirlərdən biridir. Bildiyiniz kimi YAP-la ETSN arasında birgə fəaliyyət planı haqqında sənəd imzalanıb və tədbirlər planını təsdiq etmişik. “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilən kütləvi təmizlik aksiyası da həmin tədbirlər planının bir hissəsidir”.

Bunu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrininin sözlərinə görə, bu tədbirdə bizim 700-ə yaxın könüllü gənclərimiz iştirak edir: “Bu tədbirlər həm Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın aparmış olduğu IDEA layihələrinə dəstək məqsədi daşıyır, həm də ölkə başçımızın Azərbaycanda ekoloji mühitin yaxşılaşdırılması, ekoloji mühitin daha da şəffaflaşdırılması və insanların ekoloji mühitdə daha yaxşı yaşaması üçün həyata keçirmiş olduğu tədbirlər planının bir tərkib hissəsidir. Təbii ki, istədik ki, gənclərimiz də bu cür aksiyalara qoşulsunlar və buna öz töhfələrini versinlər. Düşünürük ki, 700-ə yaxın gəncin burada iştirakı ondan xəbər verir ki, onlar gənclərimiz dövlətini, vətənini, Xəzər dənizini sevir”.