18 sentyabr 2019 12:35
141

Aytən Hacıyeva: YAP-ın verdiyi təqaüdün mənim üçün maddiyyatdan daha çox mənəvi dəyəri böyükdür

“Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir”. Bu fikri Yeni Azərbaycan Partiyasının təqaüdünü alan Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının IV kurs tələbəsi Aytən Hacıyeva deyib.

A.Hacıyeva bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atır, cəmiyyət həyatında mühüm rol oynayırlar. Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunurlar.

“Bu baxımdan, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi layihələr də gənclərimiz tərəfindən rəğbətlə qarşılanır. Mən 11-ci sinifdə oxuyarkən Ulu Öndərimizə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etdim və üçüncü yeri qazandım. Buna görə də, ali məktəbə qəbul olunduqdan sonra YAP tərəfindən təqaüdə layiq görüldüm. Bu təqaüdün mənim üçün maddiyyatdan daha çox mənəvi dəyəri böyükdür. Çünki Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunub. Mən bundan sonra da çalışacağam ki, yaxşı təhsil almaqla gələcəkdə ölkəmə fayda verim”-deyə, tələbə-gənc söyləyib.