14 fevral 2020 11:53
456

Aygün Attar: Müşahidəçisi olduğum beynəlxalq təşkilat Azərbaycana qarşı qərəzli idi - VİDEO

“Müşahidəçisi olduğum beynəlxalq təşkilatın seçkilərdən əvvəlki iclaslarında Azərbaycanla qarşı qərəzli olduqlarından narahlıq keçirdim”.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının sədri Peter Teylerin müraciəti əsasında akkreditasiyası ləğv olunmuş həmin Müşahidə Missiyasının üzvü Aygün Attarın “Real TV”yə müsahibəsində deyib.

O, bildirib ki, təmsil etdiyi Missiyanın Azərbaycana qarşı qərəzi ilə əlaqədar Missiya rəhbərliyinə yazılı müraciət edib: “Müraciətimdə ATƏT-in bitərəf olmalı olduğu halda, tərəf saxladığını, radikal müxalifətçilərin fikirlərini həqiqət kimi müşahidəçilərə təlqin etdiyini, Azərbaycanın siyasəti haqqında təhlil verdiyi zaman bu ölkənin daxili siyasəti, xüsusi ilə milli azlıqlarla bağlı fikir bildirməməli olduqlarını müraciətimdə qeyd etdim”.

A.Attar vurğulayıb ki, müşahidəçilərin hər biri Azərbaycan xalqının seçiminə hörmət etməlidir, yönləndirməməlidir.

Müsahibənin tamamını videoda təqdim edirik: